Azərbaycanda siyasi partiyada kütləvi istefa

09:15 | 08.10.2014
Azərbaycanda siyasi partiyada kütləvi istefa

Azərbaycanda siyasi partiyada kütləvi istefa

Gələcək Azərbaycan Partiyasının (GAP) Gənclər Təşklatının sədri Təbriz Mirzəyev və bir çox gənc partiyadan istefa verib.Bu barədə Aktual.Az-a Təbriz Mirzəyev məlumat verib.O, partiyadan istefa verməsi ilə bağlı yaydığı bəyanatda bildirir ki, GAP-dan getməsi partiyanın aktiv fəaliyyətinin olmaması, təşkilatın acınacaqlı durumda olmasıdır:"Bu gün GAP Gənclər Təşkilatı sədrliyindən istefa verirəm! Bu qərar ani bir qərar deyil. Aylarla partiya rəhbərliyi ilə müzakirələrimiz olub, amma heç bir effekt verməyib. Partiya yaranandan bəri heç bir sənədləşmə işləri aparılmayıb və demək olar ki, ciddi bir fəaliyyət də olmayıb. Bu vaxt ərzində partiyanı qeyydiyyatdan keçirməyə belə cəhd göstərilməyib".T.Mirzəyevin sözlərinə görə, GAP sədrinin gənclərlə iş üzrə müavini Məhəmməd Əsədullazadə də bu problemləri qabartdığı üçün 3 gün öncə partiyada uzaqlaşdırılıb: "GAP sədrinin gənclərlə iş üzrə müavini Məhəmməd Əsədullazadə 3 gün öncə "yeni standartlarla" gecə saat 01:30-da heç bir açıqlama olmadan, "istefa"-ya göndərildi. Məhəmməd Əsədullzadə son statusu ilə əslində, öz istefsını və açıqlamasını vermişdi. O, dürüst oldu, doğrunu dedi, doğru olmayan məsələlərə etiraz etdi. Ona görə də partiyadan uzaqlaşdırıldı.Bu gün isə mənim zəhmətlə, əziyyətlə təsis etdiyim təşkilatdan istefa verməyim heç də asan deyil. Mənə inanaraq təşkilata üzv olan gənclər nə yaxşı ki, bu gün vəziyyəti düzgün analiz edə bilirlər. Onu da qeyd edim ki, istefa verməyimin səbəbləri barədə zərurət olarsa, daha ətraflı açıqlama verəcəyəm".ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM