Azərbaycanda siyasi partiyaların maliyyə hesabatını xüsusi qurum araşdıracaq

17:25 | 15.05.2015
Azərbaycanda siyasi partiyaların maliyyə hesabatını xüsusi qurum araşdıracaq

Azərbaycanda siyasi partiyaların maliyyə hesabatını xüsusi qurum araşdıracaq

Siyasi partiyaların maliyyə hesabatlarının təqdim olunması ilə bağlı Təlimat təsdiqlənib və bu məsələ ilə bağlı yaradılmış iki struktur MSK-nın Əsasnaməsinə daxil edilib.

"Report”un məlumatına görə, bu gün keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Natiq Məmmədli bəzi normativ xarakterli aktlarla bağlı məlumat verərkən deyib ki, siyasi partiyalar hesabatları təqdim edərkən MSK həmin hesabatların tələblərə uyğun olub-olmamasını yoxlamalıdır. Partiyaların maliyyə hesabatını MSK-da yaradılmış sektor araşdıracaq. Seçki dövründə isə Nəzarət-Təftiş Xidməti də araşdırma apara bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti