Azərbaycanda son 5 gündə 3 tələbə həyatını itirib

21:06 | 24.07.2020
Azərbaycanda dünən daha bir tələbənin ölümü ilə son günlər ölən tələbələrin sayı 3-ə çatıb. 

Anews.az xəbər verir ki, ötən axşam Dövlət İqtisad Universitetinin III kurs tələbəsi Ramil Kazımov vəfat edib. Onun intihar etdiyi bildirilir. 


Dünən eyni zamanda Bakı Dövlət Universitetinin builki məzunu Ayşən İsmayılzadə də həyatını itirib. Onun revmatizm xəstəliyindən əziyyət çəkdiyi, uzun illər buna görə müalicə aldığı deyilir.  


İyulun 19-da isə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin tələbəsi Mikayıl Əzizov meningit, pnevmoniya xəstəliyi səbəbindən ölüb. Onun ailənin tək övladı olduğu bildirilib. 


Hər üç tələbə haqqında məlumatları feysbuk sosial şəbəkəsində "Azərbaycan universitetləri” səhifəsi paylaşıb. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM