İndiyədək ölkədə ümumilikdə 832 438 nəfərin koronavirus (COVID-19) infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, hazırda 132 aktiv xəstə var. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilir ki, həmin müddətdə infeksiyaya 126 yeni yoluxma faktı qeydə alınıb. Bu günə qədər 10 302 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 909, bu günə qədər isə ümumilikdə 7 677 476 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 91 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 392 olub.
2019-cu ilin dekabrında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Daha sonra bu virus sürətlə yayılmağa başladı.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda pandemiya 2020-ci ilin fevralında təsdiqlənib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda pandemiya 2020-ci ilin fevralında təsdiqlənib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !