Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 9 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək ölkədə ümumilikdə 831 789 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 431 nəfər müalicə olunaraq sağalıb, hazırda 85 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1148, bu günə qədər isə ümumilikdə 7 616 076 test icra olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 964 544 olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !