Azərbaycanda sürətli qatar olmayacaq

09:34 | 06.05.2014
Azərbaycanda sürətli qatar olmayacaq

Azərbaycanda sürətli qatar olmayacaq

Hazırda Azərbaycanda elektrofikasiya – elektrik təchizatı, rabitə siqnal sistemi yenidən qurulur. Yeni sistem qurulandan sonra qatarların sürəti saatda 120-140 kilometr olacaqdır.“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, respublikamızda sürətli qatar olmayacaqdır. Bunun əvəzinə ölkədə qatarların sürəti artırılacaqdır. İndi ölkədə qatarlar saatda 80-100 kilometr sürətlə hərəkət edir. Yollarda sürət artırıldıqdan sonra bu avtomatik sürətli qatarlara gətirib çıxaracaqdır.Qeyd olunub ki, qatarların sürəti ilkin mərhələdə İpək Yolu boyunca, Gürcüstana kimi artırılacaqdır. Çünki 2015-ci ildə Bakı-Tbilisi - Axalkalaki xətti istifadəyə veriləcəkdir.Həmin xətlərdə isə qatarların hərəkət sürətinin 140 kilometrə çatması nəzərdə tutulur. Sonra isə qatarlar həmin sürətlə bütün ölkə daxilində hərəkət edəcəkdir.Layihənin 2015-2017-ci illərdə reallaşdırılması planlaşdırılır.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti