Azərbaycanda sürətli yol çəkilir

17:10 | 30.04.2014
Azərbaycanda sürətli yol çəkilir

Azərbaycanda sürətli yol çəkilir

 Hazırda Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Bakı-Astara hissəsinin yeni variantı tikilir.Ələtdən Astraya qədər uzunluğu təxminən 200 km-ə yaxın olan yol sürətli və ancaq tranzit yüklərin daşınması üçün nəzərdə tutulub. Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də sədr müavini Vaqif Hacıyev bildirib. V. Hacıyev bildirib ki, yeni yol mövcud yoldan əlavə olacaq və yaşayış məntəqələrindən kənarda tikiləcək: “Biz tranzit yükləri, yəni ağır tonnajlı maşınları əsas yoldan çıxara bilsək, köhnə yol insanların xidmətində yaxşı qalacaq. Məsələn, Masallıdan Lənkərana gedən təzə yola çıxmayacaq, köhnə yolla gedəcək”. Bakı-Astara yoluna əlavə çəkilən yolun üstünlüklərindən danışan ASC-də sədr müavini deyib ki, yeni layihə nəticəsində köhnə yoldan ağır maşınlar getməyəcək. “Nəticədə bu yol həm təhlükəsiz olacaq, həm yol nəqliyyat hadisələrinin sayı azalacaq, həm də insanlar məqsədlərinə tez çatacaqlar”, - deyə o bildirib. V. Hacıyevin sözlərinə görə, yol tikintisi bahalı sahə olduğundan bu işlər mərhələli şəkildə həyata keçirilir. Artıq yolun 50%-dan artığında iş gedir, qalan hissələrdə isə bunun davam etməsi üçün iş görülür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti