• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycanda sui-qəsdə məruz qalan DEPUTATLAR

Azərbaycanda sui-qəsdə məruz qalan DEPUTATLAR
30.03.2023 08:26
Azərbaycanda müxtəlif zamanlarda bir necə deputat sui-qəsdə məruz qalıb. Həmin deputatların öldürülməsi ilə bağlı dəqiq detallar açıqlanmasa da açıq internet resurslarında müxtəlif versiyalar var.

Belə ki, Azərbaycan SSR Ali Sovetinin XI çağırış Ağdamdan seçilən deputatı Eldar Bağırov 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən  yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

1992-ci ildən Azərbaycan Milli Məclisi Sədrinin müavini olmuş Afiyəddin Cəlilov 1994-cü il yaşadığı binanın qarşısında sui-qəsd nəticəsində qətlə yetirilib. Onun ölümü ilə bağlı dəqiq məlumat yoxdur. Lakin açıq internet resurslarında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ərin açıqlamasında Afiyəddin Cəlilovun ölümünün əsas səbəbi Azərbaycanın altı rayonunun ermənilərə verilməsinin sirrini bilməsi idi versiyası qeyd olunub.

1995-ci il Milli Məclisin Balakəndən seçilən deputatı Əli Ansuxski da sui-qəsdə məruz qalan deputatlardan olub.Belə ki, 1996-ci il o evinin qarşısında odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınmışdı və qətlin motivlərinin bununla bağlı olduğu versiyası var olub.

Xeyriyyəçi kimi tanınan deputatın hazırda Balakəndə adına küçə və zavod var.

1995-ci ildə Milli Məclisin deputatı seçilən Ziya Bünyadov 1997-ci ilin fevralında yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən öldürülüb.Qətlindən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirib və bu sənədlər haqda parlamentin qapalı toplantısında həmkarlarına məlumat verdiyi də deyilir.

Sonuncu sui-qəsd isə III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı olan Fazil-Mustafata qarşı olub. Belə ki, deputat 2022-ci ilin martın 28-də yaşadığı evin qarşısında güllələnib. Atılan 7 güllədən 2-si ona dəyib. Hadisəni törədən şəxs hələlik məsiliyyətə cəlb olunmayıb. Deputat açıqlamasında ilkin versiya kimi hadisəni törətməkdə İranın əli olduğunu söyləyib. Ölkə prezidenti terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib.

Dövlət təhlükəsiklik Xidməti baş verən hadisəni terror aktı kimi qiymətləndirib və hadisəni törədən şəxsə  cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Qarabağda yaşayan erməniəsilli vətəndaşlar səs verəcəklərmi? - Açıqlama
Cəmiyyət 16:17
Qarabağda yaşayan erməniəsilli vətəndaşlar səs verəcəklərmi? - Açıqlama
DSX işçilərinin maaşları artırılıb
Cəmiyyət 11:16
DSX işçilərinin maaşları artırılıb
Füzuliyə növbəti 30 ailə köçürülüb
Cəmiyyət 09:02
Füzuliyə növbəti 30 ailə köçürülüb
Perinatal Mərkəzində yanğınla bağlı xəstəxananın 3 vəzifəlisi həbs edilib
Cəmiyyət 17:33
Perinatal Mərkəzində yanğınla bağlı xəstəxananın 3 vəzifəlisi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol