Azərbaycanda süni intellekt bazarı böyüyüb- Nazir müavini

10:50 | 25.09.2023
Azərbaycanda süni intellekt bazarı böyüyüb- Nazir müavini

Azərbaycanda süni intellekt bazarı böyüyüb- Nazir müavini

2022-ci ildə süni intellekt bazarı 136 milyard dollar dəyərində olub. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar" adlı tədbirdə vurğulayıb.

O bildirib ki, Dünya İqtisadi Forumu tərəfindən süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsi tövsiyə olunan təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər.

Nazir müavininin sözlərinə görə, gələcəkdə Süni İntellekt texnologiyalarının geniş tətbiqi bu sahəyə diqqətin artırılmasına gətirib çıxaracaq. 

Cari ildən 2030-cu ilə qədər bu bazarın illik 37,3% nisbətində böyüyəcəyi gözlənilir.

Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi Dördüncü Sənaye İnqilabınınTəhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlığı çərçivəsində tərtib edilib və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupunun 25 yanvar tarixində keçirilən növbəti iclasında müzakirə olunub.

4SİM işçi qrupunun yaradılması texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb