Azərbaycanda suyun azalması prosesi növbəti illərdə də davam edəcək - Nazir müavini

10:47 | 28.08.2024
Azərbaycanda suyun azalması prosesi növbəti illərdə də davam edəcək - Nazir müavini

Azərbaycanda suyun azalması prosesi növbəti illərdə də davam edəcək - Nazir müavini

Azərbaycanda su ehtiyatları son illər 15%-dən çox azalıb. Bu barədə report ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimova istinadla yazıb. 
 
Nazir müavini bildirib ki, azalma prosesi növbəti illərdə də davam edəcək. 
 
 "Bu dəyişikliklər həm kənd təsərrüfatı bitkilərinə, heyvandarlığa mühüm təsir göstərir. Bu baxımdan bitkiçilik və heyvandarlıq sahələrində iqlim dəyişikliklərinə uyğunlaşdırmaq məqsədi ilə konkret fəaliyyətlər həyata keçirilməlidir”, - Kərimov söyləyib. 
 
Hazırda Azərbaycanda da sunun qənaətlə istifadəsi ilə bağlı problemləri var. 

BMT-nin statistikasında Azərbaycan su qıtlığından əziyyət çəkən 20 ölkə siyahısında yer alıb.

Bundan əvvəl Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib ki, hazırda ölkədə içməli su və kanalizasiya ilə bağlı problemlərin həlliüçün 20 milyard manat sərmayənin qoyulmasına ehtiyac var. 
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür