Azərbaycanda Teatr forumu keçiriləcək

20:30 | 17.03.2023
Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 10-11-də "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək.

Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan "culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb