Azərbaycanda tədiyə balansı artıb

13:26 | 12.09.2023
Azərbaycanda tədiyə balansı artıb

Azərbaycanda tədiyə balansı artıb

2023-cü ilin yanvar-iyununda Azərbaycanın tədiyyə balansının ümumi profisiti 5 milyard 245 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 5 milyard 154,6 milyon ABŞ dollarlıq profisit (əvvəlki illə müqayisədə 2 dəfə və ya 50,1 % az), kapital hesabındakı 6,8 milyon ABŞ dollarlıq kəsir (68 dəfə çox), maliyyə hesabındakı 508,6 milyon ABŞ dollarlıq profisit (əvvəlki il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 411,4 milyon ABŞ dollarlıq kəsir (3,1 % çox) hesabına formalaşıb.
 
2023-cü ilin birinci rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 3 milyard 376,2 milyon dollar və ya ÜDM-in 18,9%-ni təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, yanvar-martda xarici ticarət dövriyyəsinin həcmi 12,3 milyard dollar təşkil edib və Azərbaycanın xarici ticarətində 4,7 milyard dollar (azalma 13,3%) müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsinin həcminin 12,1%-i MDB ölkələrinin, 87,9%-i isə qeyri-MDB ölkələrinin payına düşüb.

Həcmi 8 milyard 483,8 milyon dollar (artım 4,4 faiz) təşkil edən ixracın strukturunda neft və qaz ixracı 7,6 milyard dollar (artım 2,3 faiz) təşkil edib. Eyni zamanda, neftin birbaşa ixracı 4,2 milyard dollar, qazın ixracı 3,2 milyard dollar, neft məhsullarının ixracı isə 0,2 milyard dollar təşkil edib.

 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti rekord həddə - 23 milyard 478,1 milyon dollar (2021-ci il üçün göstəricidən +2,8 dəfə) və ya ÜDM-in 23,5%-ni təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM