Azərbaycanda təhsil alan şagirdlərin sayı açıqlanıb - RƏSMİ

18:10 | 18.01.2023
Azərbaycanda təhsil alan şagirdlərin sayı açıqlanıb - RƏSMİ

Azərbaycanda təhsil alan şagirdlərin sayı açıqlanıb - RƏSMİ

Azərbaycanda bu il 1691 dövlət və 137 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 125 min uşaq təhsil alır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

2022/2023-cü tədris ilində 4399 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.
 
Bildirilib ki, sağlamlıq imkanları məhdud olan 6,9 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.
 
Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 20,5 faiz olub.
 
2022/2023-cü tədris ilinin əvvəlinə şagirdlərinin sayı 59,9 min nəfər olan 119 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.
 
2022-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirən 89,9 min nəfər məzundan 89,7 min nəfəri və ya 99,8 faizi tam orta təhsil haqqında attestat alıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb