Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksinə əsasən, cari ilin fevral ayında tibbi xidmətlər əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb.
ANN.Az Report-a istinadən xəbər verir ki, bu müddətdə stomatoloji xidmətlərdə 0,8%, xəstəxana xidmətlərində 3,9% artım qeydə alınıb.
Cari ilin yanvar-fevral ayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə tibbi xidmətlərdə 6,7%, stomatoloji xidmətlərdə 9,2%, xəstəxana xidmətlərində 4,3% bahalaşma olub.
Qeyd edək ki, əvvəlki ildə isə bu xidmətlərdə müvafiq olaraq illik 1,6%, 5,0% və 0,5% bahalaşma qeydə alınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !