Azərbaycanda ticarət obyektləri yandı - FOTO

21:24 | 26.08.2020
Azərbaycanda ticarət obyektləri yandı - FOTO

Azərbaycanda ticarət obyektləri yandı - FOTO

Şirvan şəhərində ticarət obyektlərində yanğın baş verib.

Anews.az xəbər verir ki, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən ərzaq mağazasının dam örtüyündə qısa qapanmadan yaranan yanğın tez bir zamanda ona bitişik aptek və məişət avadanlığı satılan mağazanın dam örtüyünə keçib.


Yanğının söndürülməsinə FHN-in Şirvan Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər obyektlərə yayılmasının qarşısı alınıb. Yanğın zamanı 70 kv/m ərazidə dam örtüyü yanıb.

Faktla bağlı araşdırma aparılır. (apa)
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM