Anews.az xəbər verir ki, yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edir.
Şamaxıda keçirilən bugünki toxum sərgi-satış yarmarkası rayon İcra Hakimiyyətinin başçısının müavini Elxan İbrahimovun çıxışı ilə başlayıb. Sərgi - yarmarkası ilə tanışlıqdan sonra isə məhsullar və toxumla bağlı ətraflı müzakirələr aparılıb. Fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub.
Yarmarkanın keçirilməsində əsas məqsəd toxum ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumun əlçatanlığının təmin olunmasıdır.
Növbəti yarmarkalar ölkənin 6 bölgəsində təşkil olunacaq. Növbəti yarmarka sentyabrın 3-də Şəkidə, sentyabrın 6-da Agcabədidə, sentyabrın 8-də Saatlıda, sentyabrın 10-da Cəlilabadda, sentyabrın 13-də isə Xaçmazda keçiriləcək.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !