Azərbaycanda toyların keçirilməsinə veriləcək icazənin vaxtı açıqlandı

19:15 | 15.05.2020
Azərbaycanda toyların keçirilməsinə veriləcək icazənin vaxtı açıqlandı

Azərbaycanda toyların keçirilməsinə veriləcək icazənin vaxtı açıqlandı

Azərbaycanda toyların təşkilinə  yalnız sentyabrdan icazə verilə bilər, bunu  TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı Anews.az-ın sualını cavablandırarkən bildirib. 
 
"Karantin müddətində koronavirusa yoluxma hallarının  sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq, bu məsələyə sentyabrdan sonra baxıla bilər", - deyə Ramin Bayramlı bildirib. 
 
Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yıışmasına dair qadağa aradan götürülməyib. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM