Tərtər rayonunda kəndlilər arasında toyuq-cücə üstündə dava düşüb. “Qafqazinfo” xəbər verir ki, tragikomik hadisə Tərtərin Qarağacı kəndində iki ailə arasında baş verib. Belə ki, Abışovların toyuqları Quliyevlərin otlaq sahəsinə girib. Bundan qəzəblənən Quliyevlər toyuqları sahədən çıxararaq bu barədə xəbərdarlıq ediblər. Xəbərdarlıq mübahisəyə, mübahisə isə davaya çevrilib. Kəndlilər əllərindəki ağac, yaba, dəyənəklə bir birinə hücüm çəkib. Qadınların da qarışaraq döyüldüyü davada hər iki ailədən 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !