Azərbaycanda tranzit yük daşımalarının həcmi artıb- NAZİR

12:32 | 21.02.2023
Azərbaycanda tranzit yük daşımalarının həcmi artıb- NAZİR

Azərbaycanda tranzit yük daşımalarının həcmi artıb- NAZİR

Bu ilin yanvarında Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 % çoxdur. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tvitter hesabında yazıb.

Nazir bildirir ki, bu ilin yanvarında daşınmış yüklərin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton çoxdur.
 
"Daşınan yüklərin 535 min tonu dəmir yolları, 308 min tonu avtomobil daşımalarının payına düşüb",- nazir vurğulayıb.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 17,0 milyon ton yük daşınıb.
 
Yüklərin 3,3 faizi dəniz, 8,7 faizi dəmir yolu, 0,1 faizi hava, 51,2 faizi avtomobil nəqliyyatı, 36,7 faizi isə boru kəməri ilə daşınıb.
 
2022-ci ildə nəqliyyatçılar 1 214,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 92,2 %-i avtomobil nəqliyyatı, 7,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
 
Aytac Zeynalova

 

 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM