"Son 20 ildə qeyri-neft iqtisadiyyatı 4 dəfə artaraq 0,7 faizdən 3,4 faizə kimi yüksəlib. Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində muzdla çalışanların sayı 6,5 dəfə, bu sahə üzrə cəmi məşğulluq isə 4,1 dəfə artıb”, - Azərbaycan Turizm Agentlikləri Assosiyasiyasının idarə heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Sənaye Subyektlərinin Forumunda çıxışı zamanı bildirib.
O həmçinin bildirib ki, Azərbaycana səfər edən turistlərin sayında da artım var.
"Azərbaycana bir ildə gələn turistlərin sayı 2 milyonu keçib. Hədəflərimiz il ərzində 20 faiz artıma nail olmağı nəzərdə tutur”, - Qəhrəmanov deyib.
Onun sözlərinə görə, hazırda Qarabağ zonasında təmizləmə işləri aparılır, infrastruktur qurulur, işğaldan azad edilən ərazilər turistləri qəbul etmək üçün hazırlanır.
"Qarabağ yay və qış turizm imkanları zəngin olan bölgədir. Biz bu istiqamətdə turizm marşrutlarının qurulması ilə bağlı işləri sürətlə aparacağıq. İlk növbədə Suqovuşana turlar təşkil ediləcək”, - Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, Qarabağda
iki hava limanı var, üçüncünün açılması nəzərdə tutulub və bu regionu həm yerli, həm də xarici turistlər
üçün maraqlı edir.
Nəzrin Abbaszadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !