Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri artıb

14:33 | 19.01.2022
Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri artıb

Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri artıb

"2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 93 milyard manat olub, bu isə 2019-cu illə müqayisədə 11 milyard manat çoxdur".
 
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
 
"2020-ci ildə koronavirus (COVID-19) pandemiyaya görə ÜDM azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb", - deyə o qeyd edib.
 
Bunda baqşa, nazirin sözlərinə görə, ötən il ölkəmizdə adambaşına ÜDM 5 452 ABŞ dollarını üstələyib ki, bu da 2019-cu ilin göstəricisindən 590 dollar çoxdur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb