Azərbaycanda unun qiyməti qalxıb?

17:12 | 03.04.2014
Azərbaycanda unun qiyməti qalxıb?

Azərbaycanda unun qiyməti qalxıb?

Azərbaycanda unun qiymətinin artması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.Bunu “APA-Economics”ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. Ölkənin ən böyük un istehsalçılarından olan “Karmen” MMC-dən də “APA-Economics”ə bildirdilər ki, sözügedən məhsulun qiymətində heç bir dəyişiklik yoxdur. Azərbaycana xaricdən gətirilən tütün məmulatlarının qiymətində isə müəyyən artım müşahidə olunub. Bu barədə “APA-Economics”ə “European Tobacco Baku” şirkətindən məlumat verilib. Şirkət rəsmisinin sözlərinə görə, qiymət artımı yalnız idxal olunan məhsullara toxunub: “Ölkədə istehsal olunan siqaretlərdə qiymət artımı yoxdur. Lakin xaricdən, xüsusilə Rusiyadan gətirilən məhsulların qiymətində artım müşahidə olunur”. “APA-Economics”in araşdırmasına görə, qiymət artımına səbəb dünya bazarında tütünün qiymətinin qalxması olub. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, qurum tütün məmulatlarının qiymətində artım qeydə almayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM