Azərbaycanda uzun müddətdir müzakirəsi ləngiyən uşaq hüquqi ilə bağlı yeni qanun layihəsi yaz sessiyasında parlamentin müzakirəsinə çıxarılacaq.Milli Məclisdən APA-ya verilən məlumata görə, “Yuvenal ədliyyə haqqında” adlı yeni qanun layihəsi artıq yaz sessiyasının iş planına daxil edilib. Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri də cəlb olunub. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını, uşaq cinayətləri üzrə məhkəmə, prokuror və vəkillərin ixtisaslaşdırılmasını nəzərdə tutur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !