Azərbaycanda uşaqlar üçün yeni peyvənd

14:05 | 18.11.2013
Azərbaycanda uşaqlar üçün yeni peyvənd

Azərbaycanda uşaqlar üçün yeni peyvənd

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında bildirib ki, səhiyyə nazirinin respublikada profilaktik peyvənd təqviminə pnevmakok infeksiyasına qarşı vaksinin daxil edilməsi barədə əmri var. A.Əliyeva qeyd edib ki, həmin əmrə əsasən, dekabrın 1-dən Azərbaycanda 1 yaşa kimi uşaqların pnevmakok əleyhinə vaksinasiyası həyata keçiriləcək. Onun sözlərinə görə, yaxın zamanlarda ölkəyə vaksinin gətirilməsi gözlənilir: “Vaksinasiya respublikaya daxil olandan sonra İnnovasiya və Təchizat Mərkəzi tərəfindən uşaqların sayına və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölgüsünə əsasən bütün rayon və şəhərlərə paylanacaq. Vaksinasiyaya dekabrın 1-dən başlansa da, gələn il üçün illik miqdarda vaksin tələbata uyğun olaraq birdəfəlik gətiriləcək. Buna əsasən də bütün ölkəyə vaksinlər tələbata uyğun olaraq paylanacaq”.

 A.Əliyeva qeyd edib ki, pnevmakokk əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. İmmunizasiya ilkin olaraq 2 ayı tamam olan uşaqlardan başlanacaq. Yəni, dekabrdan tətbiqinə başlanacaq pnevmakok əleyhinə peyvənd ilk olaraq oktyabrda anadan olan və dekabrda 2 ayı tamam olan uşaqlara vurulacaq.r Nəqliyyat Nazirliyinə istismar məsrəflərinin artdığını bildirirlər və bununla əlaqədar gediş haqlarının da artırılması təklif olunur: «Onlar həqiqətən də qiymətlərin qalxmasını istəyirlər. Son zamanlar bu məsələ ilə bağlı söz-söhbətlər də gəzir. Hətta maliyyə naziri də çıxışlarının birində bu haqda qeyd edib. Ümumiyyətlə, qiymətlərin qalxması üçün müəyyən əsaslar var. Ancaq bununla bağlı qərar vermək səlahiyyəti Tarif Şurasına aiddir».

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti