anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət azyaşlıların mağaza və köşklərdən dənə ilə siqaret almalarından gedir.
Vətəndaşlar buna etiraz edirlər və dənə ilə siqaret satışının yığışdırılmasını istəyirlər.
Siqaretin bu cür açıq şəkildə, dənə ilə satılması ən çox uşaqlara mənfi təsir edir. Yəni belə olan halda uşaqlarda siqaretə maraq artır və onların dənə ilə siqaret alma ehtimalı qaçınılmaz olur. Çünki azyaşlılar onlara verilən az miqdarda xərcliyə də siqaret almaq imkanı əldə edirlər.
Dənə ilə siqaret satışı ilə məşğul olan satıcılar bəzi hallarda azyaşlılara siqaret satdıqlarını etiraf edirlər.
İctimai sağlamlıq üzrə ekspert Anar Xəlilov deyir ki, belə halın baş verməsinin başlıca səbəbi ictimai nəzarətin zəif olmasıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !