Oktyabr ayının 28-29 tarixlərində Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün sayca ikinci seminar keçiriləcək.
Seminarda üzgüçülük üzrə məşqçilik icazəsi olan istənilən şəxs iştirak edə bilər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq seminarı hal-hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış beynəlxalq dərəcəli macar məşqçi, Azərbaycan Üzgüçülük Federasiyasının Direktoru İvan Petrovu aparacaq. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !