“Bütün sosial yardım kartlarını yeniləcəyik ki, əvvəllər mövcud olmuş bütün neqativ hallar aradan qaldırılsın”.APA-nın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. S. Müslümov bildirib ki, bütün banklar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilən bu tenderdə açıq şəkildə iştirak edə bilər, bu məsələdə heç bir problem yoxdur: “Ancaq bu banklar müvafiq bankomat şəbəkəsinə malik olmalı və bizdən ən aşağı xidmət haqqı istəməlidir”. Nazir kartlarla bağlı bir məsələyə də diqqət yetirilməsini zəruri sayıb: “Hazırda ölkənin bank kartları bazarında 5 milyondan çox kart dövriyyədədir. Bunların əksəriyyəti dövlət orqanlarının təqdim etdikləri sosial ödəmələri əhatə edir. Məsələn, Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılara, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödəmələr alanlara, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin bu qrupuna kartlar verilib. Digər dövlət orqanları da kartlar verib. Ümumilikdə belə bir fikir formalaşır, bəlkə vahid sosial ödəmə kartı tətbiq olunsa, vəziyyət asanlaşa bilər. Hazırda bu məsələlər də diqqətdən keçirilir”.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !