Azərbaycanda valyuta ticarəti 37,6 faiz artıb

09:00 | 13.10.2015
Azərbaycanda valyuta ticarəti 37,6 faiz artıb

Azərbaycanda valyuta ticarəti 37,6 faiz artıb

Xəbər verildiyi kimi, bu ilin yanvar-avqust ayında valyuta ticarəti artan xətlə gedib. Mübadilə məntəqələrində onların dövriyyəsi 14 mlrd 27 mln 982 min manat (ötən ilin eyni dövründə 10 mlrd 196,73 mln) olub. 37,6 faiz artıma səbəb kimi 21 fevral tarixli devalvasiya qərarı göstərilir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, valyuta konvertasiyası əməliyyatları üzrə bankların saldosu 1,79 dəfə, satış bir dəfə yarım (+49,85 faiz) artıb, 10 mlrd 825 mln 937 min manat (bir il əvvəl 7 mlrd 224,64 mln). Bankların xarici valyuta alışı 4,17 faiz, 2 mlrd 972,09 mln-dan 3 mlrd 202,05 mln manata artıb.

azadliq.info-nun məlumatına görə, iqtisadçı-ekspert Qadir İbrahimli bütün proseslərin ilin əvvəlində baş verən devalvasiyanın təzahürü olduğunu hesab edir. Ekspertə görə, milli valyuta olan manat artıq ölkə bazarında etibarlı valyuta sayılmadığından, bizneslə məşğul olan və sadə vətəndaşlar yığımlarda daha çox dollara üstünlük verirlər: "Dollar hazırda daha təminatlı valyuta sayılır. 21 fevrala qədər yığımların manat, dollar və yaxud avroyla olmasının elə ciddi təsiri yox idi. Hazırda isə cəmiyyətdə növbəti devalvasiya dalğasının gözləntisi olduğundan, yığımların manatla saxlanması risq etmək deməkdir. Bu baxımdan, yığımları dollarla saxlamağa üstünlük verirlər. Həmin proses də bazara birbaşa təsir edir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM