2024-cü ilin ilk 6 ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği keçən ilin eyni dövrü ilə müqayisədə 3,2% azalaraq 451,7 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verib.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyunun 1-nə 1,8%, ilin əvvəlinə 1,8%, 2023-cü ilin iyulun 1-nə isə 2,3% olub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !