Azərbaycanda vəkil məhkəmə prosesində keçindi

15:17 | 23.01.2018
Azərbaycanda vəkil məhkəmə prosesində keçindi

Azərbaycanda vəkil məhkəmə prosesində keçindi

Yanvarın 22-də Ağcabədi Rayon Məhkəməsində məhkəmə prosesi zamanı vəkilin qəflətən ürəyi tutub və elə məhkəmə zalında dünyasını dəyişib.

Musavat.com-un xəbərinə görə, rayon məhkəməsində baxılan işlərdən birində vəkillik edən Raquf Məmmədov özünü pis hiss edib və huşunu itirib. Hadisə yerinə təcili yardım çağırılsa da, onu həyata qaytarmaq mümkün olmayıb. Vəkil təcili yardım gələnədək – cəmi bir neçə dəqiqə ərzində dünyasını dəyişibmiş.

Qeyd edək ki, Azərbaycanda ürəktutmadan vəfat edənlərin sayı son illərdə artıb. Statistikaya görə 2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudov bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM