Azərbaycanda velosiped zavodu tikilir - VİDEO

19:13 | 13.05.2014
Azərbaycanda velosiped zavodu tikilir - VİDEO

Azərbaycanda velosiped zavodu tikilir - VİDEO

Ölkəmizdə ilk dəfə olaraq İsmayıllı rayonunda velosiped zavodu tikilir. Artıq rayonun Aşağıbaş kəndində 5 hektar ərazidə təməl qoyulma işlərinə başlanılıb.Respublika Velosiped Fedarasiyasının vitse-prezidenti Sahib Ələkbərov tikinti işlərinin Bolqarıstanın “Draq” zavodu ilə yerli şirkətlərin müştərək apardığını bildirib. 100 nəfər işçinin çalışacağı zavod istifadəyə verildikdən sonra il ərzində 30 min ədəd idman, uşaq velosipedi istehsal etmək gücünə malik olacaq. S.Ələkbərovun sözlərinə görə, ilin axırına zavodda əsas işlərin başa çatdırılması gözlənilir: “Gələn ildən etibarən Azərbaycan küçələrində, eyni zamanda dünyanın bir çox ölkələrində bu velosipedləri görmək mümkün olacaq”.Zavodda velosipedlə yanaşı, əlil arabaları və müxtəlif uşaq arabaları da istehsal olunacaq. Zavodun təməlqoyma mərasiminə qatılan Avropa Velosiped Federasiyasının nümayəndəsi Roland Hofer zavod tikintisinin ölkəmizdə velosiped idmanının inkişafına böyük töhfə verəcəyini bildirib. Qeyd edək ki, İsmayıllı rayonunda 6 km uzunluğunda velosiped zolağı salınması da nəzərdə tutulub. Bu yaxınlarda bir qrup gənc isə, təcrübə keçmək məqsədilə Bolqarıstan velosiped zavoduna ezam olunacaq.Zavodun tikintisinin bu ilin sonuna kimi başa çatdırılması və istehsala başlanılması nəzərdə tutulub. //Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM