Azərbaycanda vərəm xəstəliyindən ölüm hallarının sayı azalıb

12:43 | 26.12.2015
Azərbaycanda vərəm xəstəliyindən ölüm hallarının sayı azalıb

Azərbaycanda vərəm xəstəliyindən ölüm hallarının sayı azalıb

"Ölkə üzrə peyvənd planının təxminən 95-96% yerinə yetirilməsi nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib”.
 
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib. O bildirib ki, vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində son üç ildə dinamik azalma tendensiyasına nail olunub: "2015-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı da azalıb”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti