Azərbaycanda vətəndaşların bank aktivləri açıqlanıb

10:23 | 05.06.2023
Azərbaycanda vətəndaşların bank aktivləri açıqlanıb

Azərbaycanda vətəndaşların bank aktivləri açıqlanıb

Azərbaycanda vətəndaşların ümumilikdə 45 milyarda yaxın aktivləri var. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 20223-cü il 5 iyun iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, nağdsız əməliyyatlar da son 2 ayda 1,9 dəfə artıb. 

Millət vəkili təkcə apreldə 3,2 milyard manatlıq nağdsız əməliyyat keçirildiyini açıqlayıb. 
 
Hazırda 25 bank fəaliyyət göstərir.

Azərbaycanda ən çox bank 2016-cı ildə bağlanıb. Həmin il "Atrabank”, "Bank of Azerbaijan”, "Bank Standard”, "Deka Bank”, "Gəncə Bank”, "Kredo Bank”, "Qafqaz İnkişaf Bankı”, "Para Bank”, "Texnika Bank”, "United Kredit Bank” və "Zamin Bank”-ın lisenziyaları ləğv edilib.  2017-ci ildə yalnız "Dəmir Bank” bağlanıb. 2020-ci il də 4 bank bağlanıb. Bunlar "AGBank”, "Amrah Bank”, "Atabank” və "NBC Bank”-dır.
 
Gülnar Nazimqızı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM