• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycanda vətəndaşların hansı hüquqları daha çox pozulur? - AÇIQLAMA

Azərbaycanda vətəndaşların hansı hüquqları daha çox pozulur?  -  AÇIQLAMA
22.05.2023 15:26

Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə "İnsan Hüquqları Aylığı” elan edilir. Aylıq sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədi ilə keçirilir.

 

Bəs görəsən Azərbaycanda vətəndşların hansı hüquqları daha çox pozulur?

 

Hüquq müdafiəçisi Rüfət Səfərov Azərbaycanda insan hüquqlarını qeyri- qənaətbəxş qiymətləndirərəq bildirir ki, vətəndaşların bir çox fundamental hüquqları pozulur.

 

"Azərbaycanda insan haqları ilə bağlı durum qənaətbəx deyil. Siyasi hüquqlar, Konvensiya və Konstitusiya ilə təminat altına alınan hüquq və azadlıqlar ciddi əngəllərlə müşayiət olunur. Söz və fikir azadlığı, mətbuat və məlumat azadlığı, yığıncaqlar azadlığı, sərbəst toplaşmaq hüququ, vicdan azadlığı, birləşmək hüququ ilə bağlı problemlər var. Xüsusilə, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında iştirakı məhdudlaşdırılır, sərt idarəetmə gedərək artır. Bura müstəqil məhkəmə hakimiyyətinin və siyasiləşmiş istintaq korpusunu da əlavə etdikdə mənzərə xoşagəlməzliyi ilə fərqlənir. Bunun nəticəsidir ki, ölkəmizdə siyasi məhbusların sayı 200-ə yaxınlaşıb. Amma , rəsmi Bakı bunu qəbul etmir", - Rüfət Səfərov bildirib.

 

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə bu pozuntuların yalnız Azərbaycanda deyil bütün dünyada baş verdiyini söyləyib.

 

"Bir Azərbaycanda deyil bütün dünyada insanların hüquqları pozulur. Dünyada olan müharibələr, konfiliktlər insanlara təsir edir. Həmçinin, Azərbaycanda olan müharibədən sonra insanlar özlərinə təzə-təzə gəlməyə başlayır. Şəhid ailələrinin, qazilərin hər birinin yanında ola bilmirik, kömək edə bilmirik. Bəzi qazilərin bədənində qəlpə var, lakin onlara pensiya verilmir. 5 medal almış qazinin hüquqları pozulur. Bundan əlavə, hər gün qalxan qiymətlər insanların yaşamaq hüququnu pozur. Təbii ki, bu tək bizdə deyil, hər yerdə belədir”, - Cəfəroğlu bildirib.


Bununla bağlı Novella Cəfəroğlu Ombudsman aparatının fəaliyyətini müsbət dəyərləndirib.

 

"Ombudsman aparatı ilə işləyirik və hər zaman müsbət nəticə görmüşük. Hansı məsələ ilə bağlı müraciət etmişiksə hər birinə ciddi münasibət bəslənilib, araşdırılıb, lazım olan kömək edilib”, -hüquq müdafiəçisi əlavə edib.

 

Rüfət Səfərov isə ölkədəki insan haqlarının vəziyyətinin yaxşılaşdırılması üçün Ombudsman aparatnın xeyli faydalı ola biləcəyini deyib.

 

"Bir neçə dəfə söyləmişəm ki, Ombudsman aparatı, konkret halda, Səbinə xanım sələfindən müsbət mənada fərqlənir, müəyyən dinamika sezilir. Lakin ölkəmizdə hüquq qaydasının bərqərar olmaması, siyasi rejimin Ombudsmanın müstəqilliyini de-fakto tanımaması, müdaxilələrin mümkünlüyü faydalı işlərin qarşısını alır. Mənim Səbinə xanımla ünsiyyətim, fikir mübadilələrim olub. Kənardan da izləyirəm. Düşünürəm ki, ölkədəki insan haqlarının vəziyyətinin yaxşılaşdırılması üçün Ombudsman xeyli faydalı ola bilər, amma ölkə idarəçiliyindəki avtoritar meyllər buna təəssüf ki, zəmin yaratmır”, - Səfərov deyib.

 

Azərbaycanda Ombudsman aparatı Avropa Şurasının tələbi ilə Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq hüquq və azadlıqlarını müdafiə edmək məqsədilə yaradılıb.  

 

İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 


Xalidə Elşənqızı


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol