Azərbaycanda vətəndaşlıq qaydalarını pozanlar həbs ediləcək

13:32 | 05.07.2014
Azərbaycanda vətəndaşlıq qaydalarını pozanlar həbs ediləcək

Azərbaycanda vətəndaşlıq qaydalarını pozanlar həbs ediləcək

 Azərbaycanda vətəndaşlıqdan çıxma və vətəndaşlığı qəbul etmə ilə bağlı qanunvericilikdə tətbiq olunan yeniliklərlə əlaqədar Cinayət Məcəlləsinə əlavələr ediləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinə ediləcək əlavələr bu yaxınlarda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərlə bağlıdır.

 

Qanunun 10-cu maddəsinə edilmiş “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməsə, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq” əlavəsi ilə əlaqədar Cinayət Məcəlləsinə yeni maddə əlavə olunacaq. Buna əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətinə qeyd olunan məlumatı ölkəsinə verməsə, onu müvafiq cərimələr və 2 ilə qədər həbs cəzası gözləyəcək.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna vətəndaşlıqdan çıxma və əcnəbilərin vətəndaşlığı qəbul etməsi ilə bağlı daha bir sıra ciddi dəyişikliklər edilib. Cinayət Məcəlləsinə ediləcək əlavə payız sessiyasında müzakirəyə çıxarılacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM