Azərbaycanda vəzifəli şəxs vəfat etdi

10:28 | 07.06.2017
Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

"Aqrarkredit” bank olmayan kredit təşkilatının (BOKT) departament rəhbəri dünyasını dəyişib.

"APA-Economics” xəbər verir ki, bu barədə təşkilatın yaydığı elanda deyilir.

Belə ki, "Aqrarkredit”in Problemli kreditlərlə iş departamentinin direktoru Tofiq Əliyev vəfat edib.

"BOKT-un rəhbərliyi Tofiq Əliyevin vəfatından kədərləndiyini bildirir”, - deyə elanda qeyd edilib.

Qeyd edək ki, "Aqrarkredit”in səhmlərinin 100%-i dövlətə məxsusdur. Ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Beynəlxalq Bankının problemli aktivləri adıçəkilən BOKT-a ötürülür.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti