"Bu gün dünyada vəziyyəti dərk edən və doğru qiymətləndirə bilən elm adamları haqlı olaraq növbəti böyük dalğa təhlükəsindən danışır. İzlədiyim qədər Azərbaycanda bir çox insanlar bunun ciddiyətinin fərqinə varmırlar və bəziləri təəssüf ki, hətta sərt karantin rejimlərinin faydasızlığını iddia edir”.
Bunu "Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, bu cür danışıq tərzlərinin elmi əsasının olmaması problemin aktuallığını müəyyən distansiyalarda qavramağa maneçilik törədə bilər:
"Bu da Azərbaycan üçün növbəti ciddi təhlükə yaşada bilər. Son günlər baş verənlərə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, hələ virusun yeni mutasiyasını nəzərə almasaq belə virusun yenidən insanlar arasında yayılması ehtimalı artıb”.
Azərbaycanlı alim hesab edir ki, yoluxma sayı müəyyən həddə çatdıqdan sonra virus təkrar səhiyyə sisteminə ciddi təsir edəcək qədər arta bilər və yenidən sərt karantin rejiminin tətbiqi qaçılmaz olar:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !