Azərbaycanda övladlığa götürmədə - YENİLİK

17:33 | 11.10.2019
Azərbaycanda övladlığa götürmədə - YENİLİK

Azərbaycanda övladlığa götürmədə - YENİLİK

Əvvəllər övladlığa götürmə zamanı daha çox valideynin mənafeyi nəzərə alınırdı. Amma ötən ildən üzərində çalışdığımız övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistemdə bu modeli yenidən nəzərdən keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə yeni övladlığa götürmə modeli tətbiq olunması nəzərdə tutulur.
Oxu.Az-ın məlumatına görə, bunu DOST Agentliyində keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bu prosesin mərkəzində uşağın mənafeyi dayanmalıdır:
"Yeni modelin üstün cəhəti budur ki, gələcək valideynlərlə müsahibələr ediləcək, onlar təlimlərə cəlb olunacaq. Hətta həmin valideyn namizədləri sosial müəssisələrə gedərək uşaqları ziyarət edəcəklər və uyğunlaşma prosesi gedəcək. Ondan sonra uşaq üç aylıq həmin ailəyə veriləcək. Sosial cəhətdən qiymətləndirmə aparılacaq, əgər o ailə uşağı götürməyə hazırdırsa, rəy əsasında məhkəməyə müraciət ediləcək”.

Nazir müavini bildirib ki, əvvəllər ailələr sağlamlıq imkanları məhdud olan uşaqları övladlığa götürməyə maraq göstərmirdi:
"Təxminən 1500 belə uşaq valideynlərdən məhrum olunub. Onlar gələcəkdə övladlığa götürülə bilər. Statistikaya nəzər salsaq, son üç il ərzində övladlığa götürmə ilə bağlı faiz çox aşağıdır. Bütün bunları nəzərə alaraq sistemin çatışmazlıqlarını bir daha nəzərdən keçirdik.

Bu məsələ artıq Milli Məclisdə də müzakirəyə çıxarılıb. Övladlığa götürmə ilə bağlı vətəndaşların işini asanlaşdırmağa çalışırıq. Düşünürük ki, noyabrın 1-dən artıq övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistem tətbiq olunacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM