Azərbaycanda ВР tərəfindən neft hasilatı azalıb

16:16 | 11.01.2024
Azərbaycanda ВР tərəfindən neft hasilatı azalıb

Azərbaycanda ВР tərəfindən neft hasilatı azalıb

ВР-Azərbaycan şirkətinin operatorluğu ilə istismar edilən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatı 2022-ci ildəki 20,4 milyon tondan 2023-cü ildə 17,8 milyon tona qədər azalıb. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
     
BP-nin rəhbərliyi ilə Azərbaycanda neft və qaz hasil edən xarici şirkətlərdən ibarət konsorsium 22,1 milyon ton neft ixrac edib ki, bu da ölkənin ümumi ixracının 87,7%-ni təşkil edir.
   
 Azərbaycanda işə başlayandan bəri BP 627,4 milyon tondan çox neft və kondensat hasil edib ki, bunun da 583,3 milyon tonu "Azəri-Çıraq-Günəşli” yatağında hasil edilib. "Şahdəniz” yatağında kondensat hasilatı 44,1 milyon ton təşkil edib.
 
Xarici şirkətlərin konsorsiumu tərəfindən hasilata başlanandan 2024-cü il yanvarın 1-dək hasil edilən neft və kondensatın ixracı 629,2 milyon ton təşkil edib.
     
BP-nin "Şahdəniz” yatağında qaz hasilatı 2023-cü ildə 26,2 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli”də isə 12,9 milyard kubmetr səmt qazı təşkil edib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM