Azərbaycanda xəstəxana ağır xəstəni qəbul etmədi – VİDEO

19:13 | 24.06.2019
Azərbaycanda xəstəxana ağır xəstəni qəbul etmədi – VİDEO

Azərbaycanda xəstəxana ağır xəstəni qəbul etmədi – VİDEO

Hündürlükdən yıxılan Beyləqan sayonu Kəbirli kənd sakini Nürəddin Əsədovun vəziyyəti pisləşib.
Bizimyol.info xəbər verir ki, onu xəstəxanaya aparsalar da, Beyləqan rayon Mərkəzi Xəstəxanasında xəstəni qəbul etməyiblər.
Xəstə daxili qansızma diaqnozu ilə Bakıya aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama almaq mümkün olmayıb. Belə ki, nazirliyin mətbuat xidmətinin telefon nömrələrinə (012 565 12 46/07) edilən zənglər cavabsız qalıb.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun iş nömrəsinə (02122 52 3 44), Baş həkimin müavini Üzeyir İsgəndərovun iş nömrəsinə (021 22 52 3 44), Baş həkimin təşkilatı-Metodik işlər üzrə müavini Kifayət Haciyevanın iş nömrəsinə (021 22 52 6 88), İnformasiya mərkəzinə (021 22 52 2 48) edilən zənglər cavabsız qalıb.
Xəstəxanının elektron ünvanına ([email protected]) informasiya sorğusu göndərilib.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM