Azərbaycanda Xəzərin sahilinin donmasının səbəbi AÇIQLANDI

14:41 | 25.02.2021
Azərbaycanda Xəzərin sahilinin donmasının səbəbi AÇIQLANDI

Azərbaycanda Xəzərin sahilinin donmasının səbəbi AÇIQLANDI

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donması ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

İnstitutun əməkdaşı Məhərrəm Mehdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlaması adi bir haldır:

"Ölkə ərazisində havanın kəskin dəyişməsi nəticəsində temperatur mənfi səkkiz, doqquz dərəcəyə düşüb.

Şabran rayonu ərazisində Xəzər dənizin ləpədöyən hissəsinin buzlaşması oranın dayaz olması ilə bağlıdır. Haradakı dayaz yerlər var, ora buz bağlaya bilər. Havanın temperaturu yüksələn kimi buz əriyəcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb