Azərbaycanda Xüsusi İqtisadi Zona yaradılır

16:54 | 04.12.2013
Azərbaycanda Xüsusi İqtisadi Zona yaradılır

Azərbaycanda Xüsusi İqtisadi Zona yaradılır

“Xüsusi İqtisadi Zonaların  yaradılması ilə bağlı dəfələrlə Milli Məclisdə məsələ qaldırmışıq. Mənim aldığım məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi Xüsusi İqtisadi Zona yaradılması məsələsi üzərində işləyir”. 

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, belə bir zona Qaradağ rayonunda yaradıla bilər. 

“Yəqin ki, sənədlər hazırlanandan sonra məsələ müzakirəyə çıxarılacaq”, -deyən deputat qeyd edib ki, qanunvericiliklə bağlı heç bir problem yoxdur: 

“Müvafiq  icra hakimiyyəti orqanları məsələ reallaşarsa, bunu həyata keçirməlidir”.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə sual ünvanlasaq da, V.Əhmədovun söylədiklərini nə təsdiq, nə də təkzib etdilər.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində Azad İqtisadi Zonalar (AİZ) və Xüsusi İqtisadi Zonalar (XİZ) fəaliyyət göstərir. Belə zonalarda fəaliyyət göstərən şirkətlərə bir sıra vergi, gömrük  güzəştləri edilir. 

Xatırladaq ki, 2009-cu ildə “Xüsusi İqtisadi Zonalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qanuna görə XİZ-in yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkili yolu ilə Azərbaycan Respublikasında sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafını sürətləndirməkdir. 

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti