Azərbaycanda xüsusi karantin rejimi yanvarın 1-nə kimi uzadılıb

12:09 | 25.09.2024
Azərbaycanda xüsusi karantin rejimi yanvarın 1-nə kimi uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi yanvarın 1-nə kimi uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi 2025-ci il yanvarın 1-nə kimi uzadılıb. Bununla bağlı baş nazir qərar imzalayıb. 
 
Sonuncu dəfə ölkə ərazində xüsusi karantin rejimi oktaybrın 1-nə kimi tətbiq edilmişdi.  
 
Hazırda karantin qaydalarında yalnız quru sərəhədlərin bağlı qalması daxildir. 
 
Ölkə Prezidenti bir neçə gün öncə Milli Məclisdə çıxışı zamanı bildirib ki, Azərbaycanda quru sərhədlərin bağlı olması ölkəni bir çox böyük fəalkətlərdən qoruyub. 
 
Koronavirus pandemiyasının yenidən yayılması məsələsi son zamanların aktual mövzudur. Bir çox alimlər hesab edir ki, koronavirusun yeni növü bir neçə aya sürətlə bütün dünyaya yayılacaq. Hazırda Azərbaycanda koronavirusun omirkon ştampı mövcuddur. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür