Azərbaycanda təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və ali təhsil pillələri üzrə mütəxəssis hazırlayan təhsil komplekslərinin yaradılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində nəzərdə tutulur.
Layihədə qeyd edilir ki, ali təhsil müəssisələri üçün universitet şəhərçikləri (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrində distant təhsilin geniş tətbiqi təhsilin prioritet istqamətləri sırasına daxil edilib.
Layihəyə əsasən, texniki-peşə təhsili üzrə yeni kurrikulumun, yeni ixtisas təsnifatının hazırlanması da nəzərdə tutulur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !