Azərbaycanda yaşa görə pensiya alanların sayı açıqlaıb

20:30 | 27.07.2020
Azərbaycanda yaşa görə pensiya alanların sayı açıqlaıb

Azərbaycanda yaşa görə pensiya alanların sayı açıqlaıb

2020-ci ilin 1 iyul tarixinə ölkəmizdə pensiyaçıların sayı 1 mln. 260 min nəfər təşkil edir.

Bu barədə anews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri  ailə başçısını itirməyə görə pensiya alanlardır.
Bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya  27% artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya  25,24% artaraq 330 manata yaxın olub.

Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat (24,09%)  çox olmaqla,  2 mlrd. 250 mln. manat təşkil edib.

2019-cu ilin əvvəlindən fəaliyyətə başlayan avtomatlaşdırılmış pensiya təyinatı sistemi ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiya hüququ yaranan şəxslərə heç bir quruma müracət etmədən və sənəd təqdim edilmədən, avtomatik şəkildə pensiya təyinatı aparmağa imkan verib. Ötən dövrdə bu e-sistem vasitəsilə 25,1 min nəfərə  e-qaydada pensiya təyin olunub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti