"Azərbaycanda yaşadıqlarım barədə kitab yaza bilərəm" - Halldorsson

16:00 | 10.04.2019

"Azərbaycanda yaşadıqlarım barədə kitab yaza bilərəm" - Halldorsson

"Qarabağ"dan ayrılan İslandiya millisinin qapıçısı Hannes Halldorsson ölkəsinin "Valyur" klubu ilə 2022-ci ilə qədər müqavilə imzalayıb.

Anews.az sportal.az-a istinadən xəbər verir ki, 34 yaşlı əlcək sahibi təqdimetmə mərasimində açıqlamalar verib. Təcrübəli qolkiper "Qarabağ"a transferini səhv addım kimi qiymətləndirib:

"Danışıqlar uzun zaman aldı. Yeni ildən öncə "Qarabağ"dan çox az oynayacağımla bağlı xəbərdarlıq aldım. Bir bədbəxtlik və qəribəlik var. Bura gəlmək səhv addım idi. Darıxdırıcı vəzifə idi. Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm. Son 3 il karyeramın ən yaxşı dönəmləri idi. Bu qərar doğru olmadı".
Qeyd edək ki, Halldorsson "Qarabağ"a ötən yay Danimarkanın "Randers" klubundan keçmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM