Bu gün Gədəbəy rayonu, Nizami küçəsi, ev 3-də 1 ədəd əl qumbarası tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.
Agentliyin mütəxəssisləri və Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yaşayış evinin zirzəmisinə baxış keçirilib.
Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Aşkar olunmuş əl qumbarasının ətrafında 25 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !