• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycanda yaxın günlərdə orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq

Azərbaycanda yaxın günlərdə orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq
05.12.2023 14:19
Azərbaycanda orta və böyük yaşlı əhalinin peyvəndlənməsi prosesinə yaxın günlərdə başlanılması nəzərdə tutulub.

Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, peyvəndin 1-ci və 2-ci dozası arasında müddət 4 həftə olmalıdır.

Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin peyvənd olunmasına ehtiyac yoxdur.

TƏBİB rəsmisi vurğulayıb ki, əgər daha əvvəl hər hansı bir peyvəndə qarşı anafilaktik şok reaksiyası müşahidə edilibsə, həmin şəxslərə peyvənd vurulması əks-göstəriş hesab olunur.
 
"Eyni zamanda hamiləlikdə və immunosupresiv şəxslərə peyvənd vurulması tövsiyə olunmur"- o bildirib

Mustafayeva bildirib ki, qızılcanın uşaqlarda ağır keçməsinin qarşsını almaq üçün peyvənd təqviminə uyğun olaraq onları öncədən peyvəndlənməsini təmin etmək lazımdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol