Azərbaycanda yeni alüminium zavodu tikiləcək

21:30 | 25.09.2020
Azərbaycanda yeni alüminium zavodu tikiləcək

Azərbaycanda yeni alüminium zavodu tikiləcək

"Azərbaycan Sənaye Korporasiyası” ASC yeni alüminium zavodu üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün təkliflər sorğusu elan edib.

Anews.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 2-i, saat 16:00-a qədər qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 (ASK VİLLA) ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (77) 277-11-06 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb