Azərbaycanda yeni bulvar salınır - FOTOLAR

21:14 | 09.04.2014
Azərbaycanda yeni bulvar salınır - FOTOLAR

Azərbaycanda yeni bulvar salınır - FOTOLAR

Astaranın dənizkənarı ərazisində əhalinin mənalı istirahətini təmin etmək üçün rayonun tarixində möhtəşəm layihələrdən olan bulvarın tikintisinə start verilib. APA-nın cənub bürosunun məlumatına görə, bulvar salınması ilə yanaşı, şəhərin ayrı-ayrı ərazilərində abadlıq-quruculuq işləri də davam etdirilir. Astara Rayon İcra Hakimiyyəti aparatının tikinti və memarlıq şöbəsinin müdiri Rəhmətulla Rufullayev APA-nın yerli bürosuna bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Xəzər dənizinin sahilboyu ərazisində uzun illər su atında qalan torpaq qatı qurudulmaqla burada bulvar və çimərlik salınır. Bulvar ərazisində Astara əhalisinin istirahətinin səmərəli keçməsi üçün hər cür şərait yaradılacaq, müxtəlif iaşə, kütləvi-mədəni obyektlər inşa olunacaqdır. Hazırda tikinti meydançasında torpaq bərkitmə işləri aparılır. Ərazi tam hamarlanandan sonra layihə əsasında tikinti işlərinə başlanılacaq. Bulvarın cari ilin sonunda əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM